27 
noy
2025
11:15
133

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

DİN BNMİ-dən növbəti əməliyyat: 62 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

27 noy, 2025
11:15
9133

DİN BNMİ-dən növbəti əməliyyat: 62 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir. Astara rayonunda keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Anar Novruzov və onunla əlbir olan 39 yaşlı Taleh Məmmədov tutulublar. Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xidmətindən məlumat verilib.

Saxlanılan şəxslərdən ümumilikdə 62 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb. Onlar ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən götürdüklərini və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını etiraf ediblər. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın