28 
noy
2025
12:01

52

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Aǧcabədidə iki kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

28 noy, 2025
12:01
752
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunan Allahşükür Məmmədov saxlanılıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, onun yaşadıǧı ünvandan satış məqsədilə saxladığı 2 kiloqram 100 qram marixuana və 360 qram psixotrop maddə metamfetamin aşkarlanıb.
A.Məmmədovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.



