10 
may
2022
00:23
83

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Doğuşdan sonra ölən ananın uşağının vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

10 may, 2022
00:23
1283

Xəbər verdiyimiz kimi, Zaqatalada 23 yaşlı ana doğuşdan sonra dünyasını dəyişib.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova hadisə ilə bağlı Qafqazinfo.az-a açıqlamasında deyib: 
“Zaqatala şəhər sakini, 23 yaşlı Fatimət İslam qızı Musayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasında 36 həftəlik oğlan uşağı dünyaya gətirib.
Daha sonra F.Musayevanın vəziyyəti ağırlaşıb və bağırsaq keçməzliyi şübhəsi ilə Təcili Tibbi Yardım avtomobili ilə Bakıya gətirilib. 
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında  kontrast tomoqrafiyadan və zəruri müayinələrdən keçirildikdə qarın boşluğunda, bağırsaq müsariqələrində çoxsaylı törəmələr aşkar edilib. Nümunələr biopsiya  üçün laboratoriyaya göndərilib. 
Ailəsi xəstəliyin əvvəlcədən mövcudluğu barədə məlumatlı olduğunu bildirib. Xəstə ailəsi tərəfindən yazılı iltizamnamə ilə evə buraxılıb.  
Təcili Tibbi Yardım avtomobili ilə Zaqatalaya yola salınan xəstə yolda dünyasını dəyişib.
Uşağın vəziyyəti isə stabildir”.
9 may, 19:09
Zaqatala rayonunda doğuş zamanı ölüm faktı qeydə alınıb.
“Report”un məlumatına görə, Zaqatala şəhər sakini, 23 yaşlı Fatimət İslam qızı Musayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib.
Daha sonra F.Musayevanın vəziyyəti ağırlaşıb və Təcili Tibbi Yardım avtomobili ilə Bakı şəhərinə aparılarkən yolda keçinib.
Qeyd edək ki, bu, Fatimət Musayevanın birinci hamiləliyi olub.

Bizimlə əlaqə saxlayın