30 
noy
2025
13:12
59

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bakıda yaşayış binasında partlayış oldu

30 noy, 2025
13:12
959

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Turkdunyasi.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının təsirindən ümumi sahəsi 40 kv.m olan birotaqlı mənzilin mətbəxinin pəncərəsi sınıb, mətbəxin tavanının lambirdən ibarət örtüyü sıradan çıxıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın