3 
dek
2025
16:52

54

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
MİDA-nın güzəştli mənzillərini qanunsuz satan şəxslər SAXLANILDILAR

3 dek, 2025
16:52
954
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.
Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.



