dek
2025
23:34
68

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bakıda yeraltı keçiddə eskalator qırıldı: yaralılar var

4 dek, 2025
23:34
768

Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb.

Turkdunyasi.az-a məlumatına görə hadisə nəticəsində bir neçə şəxs xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 18 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Müşfiq küçəsi, İncəsənət Gimnaziyası yaxınlığından təcili çağırış daxil olub:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) Kliniki Tibbi Mərkəzə təxliyə olunub".

Bizimlə əlaqə saxlayın