dek
2025
11:59
98

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Biləsuvarda maşın kanala aşdı, 5 nəfər öldü

7 dek, 2025
11:59
898

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Turkdunyasi.az Axar.az-a istinadən xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb.
Axşam saatlarında kənd daxili yolda hərəkətdə olan “Leksus” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala aşıb.
Nəticədə avtomobildə olan 5 nəfər suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Biləsuvar rayonunda baş vermiş ağır yol qəzasında ölən 5 nəfərin kimliyi məlum olub.
Hadisə nəticəsində sürücü Vasif Həsənli (2003-cü il təvəllüdlü) və sərnişinləri; Rusif Həsənli (2001), İldırım Həsənli (1990), Məhəmməd Məmmədli (2000), Əliqardaş Rəsulzadə (2007) dünyasını dəyişib.
Qeyd edək ki, V. Həsənli və R. Həsənli qardaşdırlar, İ.Həsənli isə onların əmisi oğludur.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın