dek
2025
16:01
70

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Müştəri kimi mağazaya daxil olub oğurluq edən şəxslər saxlanılıb

7 dek, 2025
16:01
870

Müştəri kimi mağazaya daxil olub oğurluq edən  şəxslər saxlanılıb

Abşeron rayonu ərazisində bir nəfər alıcı kimi mağazaya daxil olaraq orada olan qızıl-zinət əşyalarını yoxlamaq adı ilə üzərinə taxıb və daha sonra gizlicə mağazadan uzaqlaşıb. Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xdmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, polisə müraciət edən zərərçəkənə 3480 manat maddi ziyan dəydiyi məlum olub. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı N.Dadaşova müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisindəki digər bir mağazada da analoji hadisə baş verib. Naməlum şəxs mağazadakı smart saatı oğurlayıb və əvvəlcədən əlbir olduğu sürücü dostunun idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşıblar. Əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V.Rzayev və 33 yaşlı S.Paşazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın