10 
dek
2025
16:34

80

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Hacıqabul DAİM-də mənimsəmə faktı: Müdir işdən qovuldu

10 dek, 2025
16:34
880
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) baş verən maliyyə pozuntuları ilə əlaqədar cinayət işi açılıb.
Turkdunyasi.az APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluqda fakt üzrə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bu, mərkəzdə subsidiyaların təyinatı üzrə istifadə olunmaması və mənimsəmə faktı ilə bağlıdır. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Məlumata görə, yoxlama aparılan müddətdə Hacıqabul DAİM-in müdiri Ariz Abuzərov tutduğu vəzifədən uzaqlaşdırılıb. Onunla bağlanmış müqaviləyə xitam verilib.



