12 
dek
2025
12:54
48

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

"Qobu Park"dakı yanğında ölənlərin sayı artdı

12 dek, 2025
12:54
848

Dekabrın 5-nə keçən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksində yerləşən yaşayış binasındakı yanğında ölənlərin sayı beşə çatıb.

Turkdunyasi.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə zamanı tüstüdən zəhərlənmiş Təbərrük İsmayılova xəstəxanada vəfat edib.
Qeyd edək ki, doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən, digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib.

Bizimlə əlaqə saxlayın