13 
dek
2025
11:51
62

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Nizami rayonunda oğurluq edən şəxslər saxlanılıblar

13 dek, 2025
11:51
862

Nizami rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib. Rayonun Babək prospektində bir nəfərə məxsus 4680 manat dəyərində inşaat materialları oğurlanıb. Hadisə ilə bağlı zərərçəkən polisə məlumat verib. Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Vəliyev və E.Qasımov müəyyən edilərək saxlanılıblar.

Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xdmətindən məlumat verilib.

Rayon ərazisində yerləşən avtomobil təmiri sexindən isə 1000 manatlıq avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən, həmin sexdə çalışan əvvəllər məhkum olunmuş P.Allahverdiyev də saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın