13 
dek
2025
13:11
102

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Polis Salyanda 9 kq narkotik vasitə satmaq istəyən iki nəfəri saxladı

13 dek, 2025
13:11
7102

Polis Salyanda 9 kq narkotik vasitə satmaq istəyən iki nəfəri saxladı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər Müşfiq Hüseynov və Anar Əsgərov saxlanılıblar. 


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Turkdunyasi.az-a verilən məlumata görə, M.Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, A.Əsgərovdan isə 2 kq tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb. Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın