15 
dek
2025
11:10
60

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ - Gəlinlə qardaşı tutuldular

15 dek, 2025
11:10
960

Biləsuvar rayonunda vəfat etmiş və qan təzyiqindən öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub.

Turkdunyasi.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilkin informasiyaya görə, həmin gün kənd sakini Almaz Cəfərova beyindaxili təzyiqdən ölüb və onun təbii şəraitdə vəfat etdiyi bildirilərək dəfn edilib. Lakin polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A.Cəfərovanın boğularaq öldürülməsi müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və onun qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis tərəfindən saxlanılıblar. Onlar aidiyyəti üzrə təhvil veriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın