16 
dek
2025
16:23
56

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Paytaxtda və Sumqayıt şəhərində oğurluq edənlər saxlanılıblar

16 dek, 2025
16:23
856


Paytaxtda və Sumqayıt şəhərində oğurluq edənlər saxlanılıblar

Səbail rayonu ərazisində bir nəfərə məxsus 900 manat dəyərində təmir-tikinti alətinin talanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 41-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən C.Xasməmmədov və F.Abdullayev müəyyən edilərək saxlanılıblar.

Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xdmətindən məlumat verilib.

Sumqayıt şəhərində isə ayrı-ayrı vaxtlarda bir nəfərin itirdiyi bank kartından, digərinin isə ödəmə terminalından maddi vəsaitlərini oğurlamaqda şübhəli bilinən 20 yaşlı N.Niftalıyev və 24 yaşlı F.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıblar. 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın