16 
dek
2025
20:19
52

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Sosial şəbəkələrdə işə qəbulla bağlı saxta elanlar paylaşan şəxs saxlanılıb

16 dek, 2025
20:19
752

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə saxta iş elanları yerləşdirərək dələduzluq edən 38 yaşlı Mahmud Şərifov saxlanılıb.

Turkdunyasi.az xəbər verir ki, M.Şərifov onunla əlaqə saxlayan hər bir şəxsin işə qəbulla bağlı müraciətinin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun kartına köçürülməsini tələb edib.
O, pulları əldə edəndən sonra zərərçəkənlərlə əlaqələrini kəsib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Vətəndaşlara bir daha tövsiyə edilir ki, sosial şəbəkələrdə rastlaşdıqları iş elanları məlumatlarına diqqətlə yanaşsınlar və həmin şəxslərə onlayn ödənişlər etməkdən çəkinsinlər.

Bizimlə əlaqə saxlayın