11 
may
2022
14:30
84

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şirkət avtomobillərini idarə edən sürücülərin NƏZƏRİNƏ: Qəza zamanı ziyan necə ödəniləcək? - QƏRAR

11 may, 2022
14:30
984

Mayın 10-da Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Bu barədə Konstitusiya Məhkəməsi məlumat yayıb.
İclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
İclasda qərar qəbul edilib.
Qərarda deyilir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır.
Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Mülki Məcəllənin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.
Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Bizimlə əlaqə saxlayın