31 
dek
2025
15:09
55

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Yuxusuz sürücü həmkəndlilərinin bayramını xəstəxanada keçirmələrinə səbəb oldu

31 dek, 2025
15:09
755

Bu gün, saat 08:40-da Lənkəran-Lerik avtomobil yolunun 53-cü kilometrində Lerik rayonu, Kələxan kənd sakini Pərvaz Məmmədovun idarə etdiyi "Mercedes Vito" mikroavtobusu yoldan çıxaraq dərəyə aşıb.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, qəza nəticəsində P.Məmmədovun həmkəndliləri olan 6 nəfər sərnişinindən ikisi xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Sürücünün sükan arxasında yuxuladığı ehtimal olunan sözügedən avtomobil qəzası bir daha deməyə əsas verir ki, yorğun, yuxusuz halda sükan arxasına əyləşmək həyat və sağlamlıq üçün hər zaman ciddi təhdiddir. Həmçinin BDYPİ sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları hərəkət zamanı istirahət rejiminə ciddi əməl etməyə, bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün verilən tövsiyələrə əməl etməyə çağırıb.

Bizimlə əlaqə saxlayın