31 
dek
2025
19:47
30

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Göyçayda bayram günü ağır qəza: 5 yaralı - Foto

31 dek, 2025
19:47
730

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Turkdunyasi.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mersedes" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Bizimlə əlaqə saxlayın