1 
yan
2026
11:32

104

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Kürdəmirdə avtomobil aşdı Xəsarət alanlar var

1 yan, 2026
11:32
8104
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Turkdunyasi.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İbrahim Novruzov "Hyundai i30" markalı avtomobillə qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar və həkim nəzarətinə götürülüblər.
Faktla bağlı araşdırma aparılır.



