yan
2026
13:35
40

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Gömrükdə qarpızın içindən 28 kilo markotik tapıldı

1 yan, 2026
13:35
740

Xüsusilə külli miqdarda narkotik vasitə bu dəfə "qarpız" yükünün içərisində aşkar edilib.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "təzə qarpız" yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Kinoloji xidmət iti qarpız olan yeşiklərə reaksiya verdiyindən yük əsaslı yoxlamaya cəlb edilib.
Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş, xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə - həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bundan öncə dəfələrlə kahı yükünün arasında narkotik vasitələrin gizlədilməsi halları olmuşdu.

Bizimlə əlaqə saxlayın