yan
2026
16:46
80

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

İsmayıllıda turistlərin olduğu avtomobil aşdı

3 yan, 2026
16:46
980

İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində vətəndaşlar avtomobildə köməksiz vəziyyətdə qalıblar.
"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması səbəbindən "Toyota" markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşdığı və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan vətəndaşların xilas olunması təmin edilib", məlumata görə, aşan avtomobildəki hər üç şəxs xarici ölkə vətəndaşları olublar.

Bizimlə əlaqə saxlayın