yan
2026
16:31
35

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Polisə quldurluq hadisəsi barədə bilərəkdən yalan məlumat verən taksi sürücüsü saxlanılıb

4 yan, 2026
16:31
735

Polisə quldurluq hadisəsi barədə bilərəkdən yalan məlumat verən taksi sürücüsü saxlanılıb

Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Hikmət Həsənov yanvarın 3-də Xətai rayonu ərazisində olan zaman avtomobilinə müştəri kimi əyləşən şəxs tərəfindən hücuma məruz qaldığı barədə polisə müraciət edib. O bildirib ki, naməlum şəxs onu kəsici-deşici alətlə hədələyərək 80 manat pulunu talayıb. Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H. Həsənovun polisə bilə-bilə yalan məlumat verdiyi müəyyən olunub. O, müştərinin onun pulunu vermədiyi üçün polisə bilərəkdən quldurluq hadisəsi ilə üzləşdiyi barədə yalan məlumat verdiyini etiraf edib. 
H. Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

Bizimlə əlaqə saxlayın