yan
2026
20:05
38

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bayram günü 17 ədəd mobil telefon oğurlayan şəxslər saxlanılıblar

4 yan, 2026
20:05
538

Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər dekabrın 31-dən 1-nə keçən gecə mağazaların birinin qapısını sındıraraq içəri daxil olub və obyektdən 17 ədəd müxtəlif markalı mobil telefon, eləcə də elektron siqaretləri talayıblar. Bu barədə zərərçəkmiş şəxs polisə məlumat verib.
Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən Ayxan Balakişiyev və Asif Bayramov müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər mağazaya daxil olmamışdan əvvəl kameralara düşməmək üçün obyekti elektrik enerjisi ilə təmin edən naqili kəsərək sıradan çıxarıblar. Buna baxmayaraq onların əməli anbaan lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın