yan
2026
11:25
51

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

"Bakı Bus"a məxsus avtobus qəzaya uğradı

5 yan, 2026
11:25
751

Bakıda “Bakı Bus”a məxsus sərnişin avtobusu qəzaya uğrayıb.

Turkdunyasi.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntü paylaşılıb.
"Bakı Bus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib.
O qeyd edib ki, hadisə ötən gün saat 18:38-də qeydə alınıb:
“Bakı Bus MMC-nin istismarında olan 6 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata əsasən, qarşıdan gələn minik avtomobili sürücüsünün idarəetməni itirməsi səbəbindən əks hərəkət zolağına çıxıb və avtobusla toqquşub.
Hadisə zamanı avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin təhlükəsizliyi təmin edilib və operativ şəkildə həmin marşrut üzrə hərəkət edən digər avtobusa yönləndirilib. Hadisə ilə bağlı dərhal aidiyyəti dövlət qurumlarına məlumat verilib. Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.

Bizimlə əlaqə saxlayın