yan
2026
11:55
30

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Polis Masallıda quldurluq edən şəxsi saxladı

5 yan, 2026
11:55
830

Polis Masallıda quldurluq edən şəxsi saxladı

Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb. Naməlum şəxs rayon ərazisində mənzillərdən birinə qanunsuz daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib. O, bu yolla evdən 33400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Turkdunyasi.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın