7 
yan
2026
12:09

42

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Avtomobillərin ehtiyat hissələrini oğurlayan usta saxlanıldı

7 yan, 2026
12:09
842
Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
Bu barədə Turkdunyasi.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus “Kamaz” markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsini oğurlayıb.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayon ərazisində daha 2 yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraq satdığı məlum olub.
Araşdırmalar davam etdirilir.



