

E-mail: turkdunyasi.az@mail.ru
Salyanda ağır qəza: 9 yaralı...

Salyanda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.
Turkdunyasi.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.
Belə ki, sərnişin daşıyan mikroavtobusla "Jiquli" markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində səkkiz nəfər xəsarət alıb.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yanvarın 5-də də Salyanda ağır qəza baş vermiş, nəticədə üç nəfər ölmüş, bir neçə nəfər isə yaralanmışdı.
***
Salyanda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar saat 21:10 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 9 nəfər (4 qadın, 5 kişi olmaqla) hospitalizasiya oıunub.
Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Müxtəlif xəsarətlər alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.



