8 
yan
2026
00:56

22

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Füzuli və Cəbrayılda güclü yanğın: Sərhədə yayıldı

8 yan, 2026
00:56
722
Füzuli və Cəbrayıl rayonları ərazisində yanğınlar qeydə alınıb.
Turkdunyasi.az Axar.az-a istinadən xəbər verir ki, yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində kolluq sahədə başlayıb.
Yanğın daha sonra genişlənərək Füzuli rayonunun Mirzənağılılar və Qazaxlar kəndi ərazilərinə də yayılıb.
Məlumata görə, yanğın genişlənərək Araz çayı boyunca olan sərhəd əraziyə keçib.
Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki, Cəbrayıl rayonunun Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən briqadası cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.



