yan
2026
01:09
58

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Prezidentin bu gün "Tərəqqi" medalı ilə təltif etdiyi Sevinc Kərimova vəfat etdi

8 yan, 2026
01:09
658

"Karvan" musiqi qrupunun təsisçisi, Azərbaycanın ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova dünyasını dəyişib.

Turkdunyasi.az Report-a istinadən xəbər verir ki, bu barədə S.Kərimovanın yaxınları sosial şəbəkədə məlumat veriblər. Onun ölüm səbəbi açıqlanmır.
Qeyd edək ki, Sevinc Kərimova uzun müddət ailəsi ilə birlikdə ABŞ-də yaşayıb və bu yaxınlarda Bakıya qayıdıb.
Onunla vida mərasimi sabah saat 11-də Şüvəlan qəsəbəsində Hacı Məmmədov küçəsində keçiriləcək.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sevinc Kərimova "Tərəqqi" medalı ilə təltif olunanlar arasında olub.

Bizimlə əlaqə saxlayın