yan
2026
18:58
43

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Vətəndaşın telefonunu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxsi polis saxladı

8 yan, 2026
18:58
643

Vətəndaşın telefonunu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxsi polis saxladı
 
Paytaxtın Suraxanı rayonunda talama cinayətləri qeydə alınıb.

Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xdmətindən məlumat verilib.
Naməlum şəxs axşam saat 23 radələrində Hövsan qəsəbə sakininin evinin qarşısında saxladığı “Daewoo” markalı avtomobildən əvvəlcə telefonunu, sonra isə mobil bank tətbiqindən 1029 manatını oğurlayıb.
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 32 yaşlı S.Quluzadə şübhəli şəxs qismində saxlanılıb.   

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə iki marketin qapısını qıraraq içərisindən 2400 manat, 2220 manat dəyərində lotereya biletləri, tütün məmulatları və digər məhsulları oğurlamaqda şübhəli bilinən 35 yaşlı Ş.Eybatov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın