yan
2026
01:33
44

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bakıda yaşayış binası YANIR: xəsarət alan var

9 yan, 2026
01:33
744

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 66B ünvanında yerləşən yaşayış binasında yanğın başlayıb.

Turkdunyasi.sz "Globalinfo"ya istinadən xəbər verir ki, əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları, polis və təcili tibbi yardım briqadası cəlb edilib.
Yanğın yaşayış binasının 16-cı mərtəbəsində baş verib.
İlkin məlumata görə, hadisə zamanı bir nəfər xəsarət alıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Xətai rayonunda yerləşən yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan şəxsin kimliyi məlum olub.

Xəsarət alan şəxs yanğının baş verdiyi mənzildə kirayəçi kimi yaşayan Türkiyə vətəndaşı, 41 yaşlı Ahmed Gökdumandır.
Məlumata görə, o, yanıq xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, yanğın baş verən zaman Ahmed Gökduman mənzildə yatmış vəziyyətdə olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, yanğına səbəb ilkin ehtimalla elektrik şitindəki nasazlıq olub.

Bizimlə əlaqə saxlayın