9 
yan
2026
22:37

46

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Sumqayıtda ƏMƏLİYYAT: SAXLANILANLAR VAR

9 yan, 2026
22:37
1146
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-nin Mətbuat Xidmətindən Turkdunyasi.az-a verilən məlumata əsasən, tədbir zamanı Saray qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar.
Onlardan 12 kiloqram 962 qram narkotik maddə marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.



