10 
yan
2026
14:35
121

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Polis Ağcabədi və Bərdədə ödəmə terminallarından oğurluq edən şəxsi saxlayıb

10 yan, 2026
14:35
7121

Polis Ağcabədi və Bərdədə ödəmə terminallarından oğurluq edən şəxsi saxlayıb

Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən maǧazaların birində quraşdırılan ödəmə terminalından pul və tütün məmulatlarının oǧurlanması, həmçinin mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Turkdunyasi.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlində təqsirli bilinən Nahid Süleymanov saxlanılıb. Onun analoji əməli Bərdə rayonunda yerləşən mağazada da törətdiyi müəyyən edilib.
Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb . 
Məhkəmənin qərarı ilə N.Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın