12 
yan
2026
23:45
25

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Lənkəranda avtobus sürücüsü sükan arxasında keçindi

12 yan, 2026
23:45
725

Lənkəranda avtobus sürücüsü sükan arxasında dünyasını dəyişib.

Turkdunyasi.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Şıxakəran kəndi ərazisində baş verib.
Lənkəran sakini Tofiq Abbasovun cansız bədəni avtobusun içərisində aşkar olunub.
İlkin məlumata görə, o, Şıxakəran–Lənkəran marşrutu üzrə işini başa vurduqdan sonra avtobusu yaşadığı evin həyətinə salıb. Naməlum səbəbdən avtobusun içərisində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib. Tofiq Abbasovun ölümünün dəqiq səbəbləri ekspertiza rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın