14 
yan
2026
12:34

91

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Ağsudakı tikinti obyektindən naqil oğurlayan keçmiş işçi yaxalandı

14 yan, 2026
12:34
691
Ağsuda işlədiyi obyektdən oğurluq edən usta məsuliyyətə cəlb olunub.
Turkdunyasi.az-ın məlumatına görə, adıçəkilən rayonun Dilman kəndində tikinti işləri gedən obyektdən elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub.
Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Tərlan Quliyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun həmin obyektdə bir müddət əvvəl usta kimi çalışdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.



