16 
yan
2026
14:19

34

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Nərimanov rayonunda 5 kq narkotik vasitə aşkarlandı

16 yan, 2026
14:19
634
Nərimanov rayonunda 5 kq narkotik vasitə aşkarlandı
Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xdmətindən məlumat verilib.
Tədbir zamanı əvvəllər məhkum olunmuş 35 yaşlı Bakı şəhər sakini Orxan Müslümov saxlanılıb. Ondan 5 kiloqram 700 qram marixuana aşkarlanıb.
O.Müslümov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



