16 
yan
2026
15:52
38

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Tovuzda Körpələr evinin müdirinə xəsarət yetirildi

16 yan, 2026
15:52
738

Tovuzda qadına kəcisi alətlə xəsarət yetirilib.

Turkdunyasi.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb. Xəsarət alan şəxsin kənddəki Körpələr evinin müdiri 1982-ci il təvəllüdlü Ş.Abdullayeva olduğu bildirilir.
İlkin məlumata görə, keçmiş həyat yoldaşı işdə ona kəcisi alətlə xəsarət yetirib. Qadına tibbi yardım edilib, vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın