E-mail: [email protected]
Minaya düşən FHN əməkdaşı gözlərini itirdi - FOTO - YENİLƏNİB
Ağdamda minaya düşən FHN əməkdaşı ağır xəsarətlər alıb.
Turkdunyasi.az sosial şəbəkələrə istinadla bildirir ki, xəstəxanaya yerləşdirilən FHN əməkdaşı Süleyman Heydərovun vəziyyəti ağır qiymətləndirilir.
Belə ki, onun sağ qolu amputasiya olunub. Partlayışın təsirindən S. Heydərov hər iki gözünü itirib.
Bundan başqa, S. Heydərovun üz və bədəninin digər nahiyələrində də xəsarətlər var.
Saat: 12:50
Ağdamda daha bir mina partlayışı olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minaya düşüb. Nəticədə o, xəsarətlər alıb.
Təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.