18 
yan
2026
10:57
31

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Şəmkirdə ağır qəza: 1 ölü, 1 yaralı

18 yan, 2026
10:57
731

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.

Turkdunyasi.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan "Hunday Elantra" markalı minik avtomobili idarəetmədən çıxıb, yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, ağır xəsarət alan 1985-ci il təvəllüdlü R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.
Digər xəsarət alan 2001-ci il təvəllüdlü K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın