19 
yan
2026
13:03
38

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ucarda qəzada boğulub ölən şəxs müəllim imiş

19 yan, 2026
13:03
838

Ucar rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində ölən şəxs müəllim imiş.

Turkdunyasi.az xəbər verir ki, hadisə rayonun Qazıqumlaq kənd yolunda baş verib.
"Mercedes-Benz" markalı avtomobil idarəetməni itirərək su kanalına düşüb. Nəticədə sürücü, 1994-cü il təvəllüdlü Coşqun Şəfi oğlu Məmmədov hadisə yerində boğulub ölüb.
Ucar rayonunun Qazıqumlaq kənd sakini C.Məmmədov rayonun Sehran Salmanov adına Bağman kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın