21 
yan
2026
18:22

49

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Ucar rayonunda dörd otaqlı ev yanaraq külə dönüb.

21 yan, 2026
18:22
649
Ucar rayonunda dörd otaqlı ev yanaraq külə dönüb.
Turkdunyasi.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qazyan kəndində, 1962-ci il təvəllüdlü Zəminə Əli qızı Xəlilovaya məxsus olan ümumi sahəsi 200 kvadratmetrlik birmərtəbəli, dörd otaqlı evdə qeydə alınıb.
Alov qısa müddətdə evin hər tərəfini bürüyüb. Yanğın zamanı xəsarət alan olmasa da, ev içindəki əşyalarla birlikdə yanaraq külə dönüb.
Hadisə yerinə FHN-in Ucar Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.
Alov ram edilib və ətraf tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.







