16 
may
2022
13:43
80

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var

16 may, 2022
13:43
1280

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonu Böyük Əmili kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayonun Savalan kənd sakini Kamil Xasıyevin idarə etdiyi “Opel” markalı avtomobillə Afiq Mahmudovun idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşub.
Nəticədə Afiq Mahmudov və VAZ-dakı sərnişin, 44 yaşlı Böyük Əmili kənd sakini Cumar Mirzəliyev hadisə yerində ölüb. “Opel” markalı avtomobilin sürücüsü Kamil Xasıyev və sərnişinləri - Mehriban və Arzu Xasıyevalar, eləcə də iki azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın