19 
apr
2026
18:00

32

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
“Lənkəranda istehsalat sexində partlayış qeydə alınıb”

19 apr, 2026
18:00
1332
Lənkəranda maşın təmiri sexində bədbəxt hadisə baş verib.
Turkdunyasi.site APA-ya istinadla xəbər verir ki, hadisə Füzuli küçəsindəki "Kürə" deyilən ərazidə qeydə alınıb.
Lənkəran şəhər sakini, sözügedən sexdə usta işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlı benzinlə ehtiyatsız davranıb. Bu zaman benzin alovlanıb və yaranan partlayış ustaya ciddi xəsarət yetirib. İ.Qasımlı yanıq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanıq diaqnozu təyin ediblər.
Yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.



