17 
may
2022
10:57
74

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: sürücü öldü, qardaşı...

17 may, 2022
10:57
1274

Bərdədə ölümlə nəticələnən yol qəzası olub.
Turkdunyasi.az xəbər verir ki, hadisə mayın 16-ı Borsunlu-Tərtər-Hindarx yolunun Bərdə rayonu Əmirli kəndindən keçən hissəsində qeydə alınıb.
Nizam Əmirovun idarə etdiyi "Mercedes-benz E 280" markalı avtomobil Qarayev Ələmdar Əkbər oğlunun idarə etdiyi "VAZ-21063" markalı avtomobillə toqquşub. Nəticədə Ə. Qarayev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb, onun sərnişini olan qardaşı 61 yaşlı Qarayev Rəhbər Əkbər oğlu isə xəsarətlərlə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın