E-mail: [email protected]
Avtoxuliqanlıq edən qazilər saxlanıldılar - FOTO
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq, avtomobilə konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.
Qeyd edilməlidir ki, saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də analoji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub.
Bundan başqa, onların arasında Vətən müharibəsi qazilərinin olması isə təəssüf doğuran haldır.