27 
may
2022
09:45
110

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT - FOTO

27 may, 2022
09:45
16110

Mingəçevirdə atası tərəfindən işgəncələrə məruz qalan 19 yaşlı psixoloji məhdudiyyətli qız həkim nəzarətinə götürülüb.
Bizim.media.az-ın məlumatına görə, atası tərəfindən günlərlə həyətdə bağlı saxlanılan 2003-cü il təvəllüdlü Bədəlova Nuranə Elman qızı hüquq-mühafizə orqanlarının prosesə müdaxiləsi nəticəsində həkim nəzarətinə götürülüb.
O Şəki Ruhi Əsəb Xəstəlikləri Dispanserinə yerləşdirilib.
Qeyd edək ki, ata 2003-cü il təvəllüdlü qızı - Nuranə Bədəlovanı günlərlə həyətdə dəmir dirəyə bağlı saxlayırmış. Ailəyə yaxın şəxslərin dediyinə görə, qız evdə nadinclik, nəzarətsiz hərəkətlər edirmış. Alınan operativ məlumat əsasında hüquq-mühafizə orqanları övladına ağlasığmaz işgəncə verən ata Elman Bədəlovu saxlayaraq istintaqa cəlb edib.  

Bizimlə əlaqə saxlayın