27 
may
2022
10:43
93

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gecə 3-də kişini döyüb 2 min manatını aldılar

27 may, 2022
10:43
1293

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə mayın 25-də saat 3 radələrində üç nəfərin Bakı şəhər sakini E.Məmmədovu döyərək 2000 manatını almaları barədə müraciət daxil olub.
 
Daxili İşlər Nazirliyindən (DİN) Moern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü.Hacıyev, Lənkəran rayon sakini R.Əhmədzadə və Cəlilabad rayon sakini S.Əsgərov müəyyən edilərək saxlanılıblar.

Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın