18 
iyn
2022
02:03
73

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürüb - FOTO

18 iyn, 2022
02:03
1273

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb. Sürücü, Ağdaş rayon sakini, 38 yaşlı Nəbizadə Mövlud Məhəmmədnəbi oğlunun idarə etdiyi “Ford” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada - Kürdəmir rayon Sığırlı kənd sakini Qarayev Əliqisməti vurub. Zərbənin təsirindən piyada elə hadisə yerindəcə ölüb.
Ə.Qarayevin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın