18 
iyn
2022
12:44
107

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Zaqatalada itkin düşən turisti sağ tapana veriləcək pulun məbləği ARTIRILDI

18 iyn, 2022
12:44
12107

Zaqatala rayonunda itkin düşən turistin tapılması üçün veriləcək məbləğ artırılıb.
Oxu.Az-ın məlumatına görə, rayonda itkin düşən Hindistan Respublikası vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin ailəsi onu sağ tapan şəxsə 25 min manat pul mükafatı vəd edib.
Qeyd edək ki, ailə əvvəlcə turistin tapılması üçün 10 min manat pul mukafatı vəd etmişdi.
Xatırladaq ki, mayın 17-də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın itkin düşməsi ilə bağlı müraciət daxil olub. Müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı hoteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

Mövzu ilə əlaqədar

Zaqatalada dronla axtarılan əcnəbi turistlə bağlı YENİ FAKT: Vəzifəli şəxsin oğludur - YENİLƏNİB + VİDEO

Bizimlə əlaqə saxlayın