22 
iyn
2022
00:21
86
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Polis şöbəsində insident - Özünə xəsarət yetirdi
22 iyn, 2022
00:21
1286
Goranboy sakini polis şöbəsində özünə xəsarətlər yetirib.
Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
“Rayonun Bolusulu kənd sakini, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi (Oğurluq) ilə təqsirli bilinərək Goranboy rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan Vüsal Cəfərov plastmas qırığı ilə əl, bilək və bədən nahiyyəsinə müxtəlif kəsik xəsarətləri yetirib”, - DİN rəsmisi deyib.
Polis əməkdaşları həmin şəxsə ilkin tibbi yardım göstərərək rayon xəstəxanasına yerləşdirib. Onun sözlərinə görə, V.Cəfərovun vəziyyəti normaldır.